London klubu turnirdə ümumilikdə 114,6 milyon dollar gəlir əldə edib.

Klublararası dünya çempionatının qalibi olan İngiltənin "Çelsi" klubunun qazancı müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, London klubu turnirdə ümumilikdə 114,6 milyon dollar gəlir əldə edib.

Bunun 29 milyon dolları turnirdə iştiraka görə, 86,5 milyon dolları isə əlavə mükafat olub. İlk "üçlük"də Fransanın PSJ (106,9 milyon dollar), həmçinin İspaniyanın "Real" (82,5 milyon dollar) klubları yer alıb.

Ən az qazanan klub isə Yeni Zelandiya təmsilçisi "Oklend" olub - 4,6 milyon dollar.

Qeyd edək ki, "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest