28 Aprel 2026, 10:32
FUTBOL
"Barselona" "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordun transfer hüquqlarına yiyələnəməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skra məlumat yayıb.
Kataloniya təmsilçisi ingiltərəli vingerlə 4 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasındakı anlaşmada Reşford üçün 30 milyon avroluq satınalma bəndi yer alıb. İspaniya klubu bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, Markus Reşford mövsümün əvvəlindən "Barselona"da çıxış edir. 28 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 45 oyunda 13 qol vurub, 13 qol ötürməsi edib.












