"Arsenal"ın müdafiəçisi Kristian Moskera ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. London klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avrodan aşağı olan təklifləri dəyərləndirməyəcək.

Qeyd edək ki, "Arsenal" Kirstian Moskeranı mövsümün əvvəlində "Valensiya"dan transfer edib. İspaniya millisinin üzvü "topçular"ın heyətində 29 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest