28 Aprel 2026, 12:52
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Cayden Ostervolde karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Roma" niderlandlı futbolçunu transfer etmək istəyir. Paytaxt təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün Türkiyə klubuna 15 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Cayden Ostervolde bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












