"Los Anceles"in qapıçısı Uqo Lyoris Fransa milli komandasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Baş məşqçi Didye Deşam 39 yaşlı qolkiperi yığmaya dəvət etmək variantını nəzərdən keçirir. Lyoris yayda keçiriləcək dünya çempionatında millinin üçüncü qapıçısı olmağa razıdır.

Təcrübəli "əlcək sahibi" Fransa seçməsində oyun sayına görə rekordçudur. Onun hesabında 145 matç var.

Qeyd edək ki, fransızlar DÇ-2026-nın I qrupunda Seneqal, İraq və Norveçlə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest