"Latsio"nun müdafiəçisi Mario Xila İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Milan" ispaniyalı futbolçunu transfer etmək istəyir. Xilanın Roma təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, klubun yeni sözləşmə təklifini qəbul etməyib.

"Atletiko", "Napoli" və "Yuventus" da 25 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır. Lakin transfer yarışında "Milan"ın daha şanslı olduğu bildirilir.

Paytaxt klubu İspaniya millisinin üzvü üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Mario Xila bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 32 oyunda qol və ya qol ötürməsi ilə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest