Türkiyə Superliqasında II turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

"Beşiktaş" doğma meydanda "Eyüpspor"u son dəqiqələrdə vurduğu qolla məğlub edib. "Gənclərbirliyi" evdə "Antalyaspor"a uduzub. "Qaziantep" "Konyaspor" məğlub olub. "Başakşehir" – "Kayserispor" matçında heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.

Türkiyə Superliqası
II tur
17 avqust

"Gənclərbirliyi" – "Antalyaspor" - 0:1
Qol:
Storm, 81

"Konyaspor" – "Qaziantep" - 3:0
Qollar:
Ndao, 18, Aleksiç, 50, Andzouana, 83

"Başakşehir" – "Kayserispor" - 1:1
Qollar:
Brniç, 41 // Kardoso, 68

"Beşiktaş" – "Eyüpspor" - 2:1
Qollar:
Abraham, 19 (pen), Silva, 90+6 // Tiam, 30

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest