18 Avqust 2025, 12:16
FUTBOL
"Milan"dan ayrılan Davide Kalabriyanın yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, italiyalı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Kalabriya "Panatinaikos"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qyed edək ki, Davide Kalabriya ötən mövsümün ikinci yarısını icarə əsasında "Bolonya"da keçirib.