“Turan Tovuz” daha bir transfer reallaşdırıb. Matc.az saytının əldə etdiyi məlumata görə, Kurban Berdiyevin rəhbərlik etdiyi komanda sol cinaha müdafiəçi gətirib. 

Bu, braziliyalı Enrike Silva Milagresdi.  Onunla 2 il müddətinə müqavilə bağlanıb. 

31 yaşlı solaxay futbolçu vaxtilə ölkəsinin 20 yaşadək millisində forma geyinib və iki oyunda meydana çıxıb.

2021-ci ildə “Vasko da Qama”dan Fransanın “Olimpik” klubuna keçən Silva sonradan İspaniyaya köçüb. O, bu ölkədə “Valyadolid”in şərəfini qoruyub və 5 oyunda meydana çıxmaq şansı qazanıb.

Lion “Olimpik”ində isə 2022-ci il mövsümündə 18, 2023-cü ildə 6, ötən il isə 11 oyunda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest