18 Avqust 2025, 13:39
FUTBOL
Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Matc.az xəbər verir ki, azərbaycanlı FIFA referisi Konfrans Liqası pley-off mərhələsinin "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) oyununu idarə edəcək.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İnqilab Məmmədov isə AVAR-da olacaq.
Qeyd edək ki, "Polissya"- "Fiorentina" qarşılaşması avqustun 21-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.