"Ferentsvaroş"un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçından öncə mətbuat konfransında iştirak edib.
Matc.az irlandiyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq. Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizndən xahiş edirəm ki, "Ludoqorets"lı qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.