Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq.

Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq.

Matc.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Luka Pairetto VAR, digər referimiz Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest