Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası baş tutub.

Matc.az xəbər verir ki, "Qaziantep"  İsmet Taşdemirlə yollarını ayırıb. Məlumatı klubun mətbuat xidməti yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Qaziantep" "Qalatasaray" və "Konyaspor"a 0:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest