19 Avqust 2025, 10:32
FUTBOL
"Sevilya"nın müdafiəçisi Loin Bade karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Bayer" fransalı futbolçunun transferi ilə bağlı La Liqa təmsilçisi ilə razılıq əldə edib. Leverkuzenlilər 25 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Loik Bade ötən mövsüm "Sevilya"nın heyətində keçirdiyi 33 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.