"Atalanta" "İnter"dən Nikola Zalevskini transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Berqamo təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün 17 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nikola Zalevski ötən mövsüm "İnter"in heyətində keçirdiyi 19 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest