19 Avqust 2025, 11:35
FUTBOL
"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qaziantep" 25 yaşlı vingeri icarəyə götürmək istəyir. İstanbul təmsilçisi heyətə düşə bilməyən oyunçunu icarəyə verməyə isti yanaşır.
Qeyd edək ki, "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında "Eyüpspor"dan transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub.