19 Avqust 2025, 12:40
FUTBOL
"Vulverhempton" Verona"nın müdafiəçisi Cekson Tçatçuanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi kamerunlu futbolçu üçün İtaliya klubuna 12,5 milyon avro təzminat ödəyib. 23 yaşlı sağ cinah müdafiəçisi "Vulverhempton"la 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cekson Tçatçua ötən mövsüm "Verona"nın heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.