"Milan"ın futbolçusu  Noa Okafor karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Lids Yunayted" isveçrəli vingerin keçidini həll edib. Premyer Liqa təmsilçisi Okafor üçün onun klubuna 21 milyon avro təzminat ödəyəcək.

İsveçrə millisinin üzvü olan 25 yaşlı oyunçu "Lids Yunayted"lə 4+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Noa Okafor ötən mövsümün ikinci yarısında icarə əsasında "Napoli"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest