19 Avqust 2025, 13:19
FUTBOL
2-ci Liqada mübarizə aparan "Şəmkir" heyətinə yeni futbolçu cəlb edib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi "Kəpəz"dən Turqut Mustafazadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Turqut Mustafazadə ötən mövsüm "Kəpəz"in əvəzedici komandasında çıxış edib.