19 Avqust 2025, 14:57
FUTBOL
Azərbaycanlı qapıçı Elməddin Məmmədov karyerasını Albaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper I Liqada mübarizə aparan "Luftetari" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli "əlcək sahibi" ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elməddin Məmmədovun son klubu "Mingəçevir" olub.