19 Avqust 2025, 18:12
FUTBOL
"Arsenal"ın və Polşa millisinin müdafiəçisi Yakub Kiver bu yay klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat verib.
Bildirilir ki, 25 yaşlı futbolçu ilə "Porto" maraqlanır. London klubu portuqaliyalıların ilk təklifini rədd ediblər, lakin tərəflər danışıqları davam etdirirlər.
Qeyd edək ki, "Arsenal" Kiver üçün "Porto"nun gözləntilərini doğrultmayan təxminən 30 milyon avro almağı planlaşdırır.
Kiver ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.