"Marsel" rəhbərliyi Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabionu transferə çıxarmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə Canluka Di Marsio məlumat verib.
Bildirilir ki, bu qərar, Rabio və komanda yoldaşı Conatan Rounun Liqa 1-in ilk turunun "Renn"lə oyunundan sonra dalaşması ilə bağlıdır. Hər iki futbolçu dərhal komandanın məşqlərindən kənarlaşdırılıb.
Bundan sonra, "Marsel" Roueni transfer etmək qərarına gəlib və indi isə Rabio ilə bağlı eyni qərar verilib. Rəhbərlik hesab edir ki, futbolçuların davranışı klubun dəyərlərinə uyğun gəlmir.
Qeyd edək ki, Rabio 2024-cü ilin yayında azad agent kimi "Yuventus"dan "Marsel"ə keçib. 30 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.