"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, klubu ilə müqaviləsini uzada biləcəyini deyib.
"Müqaviləmdə daha iki il var, bəlkə də onu daha iki il uzadacam. Sual odur ki, nə vaxt dayanmaq istəyirəm: bu il, iki və ya dörd ildən sonra. Fasilə verəcəm, amma hələlik yaxşıyam deyərdim.
Komanda ABŞ-da keçirilən klublararası dünya çempionatından sonra əhvalımı yüksəldir. Orada nəsə yaratdıq, bəyəndiyim, keçən mövsüm çatışmayan bir şey gördüm.
Məşqlər, bədən dili, təfərrüatlar, vaxtında gəlmək, müzakirə üsulumuz – komanda olduğunumuzu göstərən kiçik şeylər! Və bu, məncə, keçən mövsümdən daha davamlı olmağımıza kömək edəcək".
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.