"Bornmut" "Bayer"in futbolçusu Amin Adlini transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi 25 yaşlı vinger üçün Almaniya klubuna 21 milyon avro təzminat ödəyib. Mərakeşli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  Amin Adli ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 28 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest