Düsseldorfun "Fortuna" klubunun müdafiəçisi Camil Sibert "Leççe"yə keçib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, transferrin dəyəri 4,5 milyon avro təşkil edib. Müqavilə "3+2" sxemi üzrə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı mərkəz müdafiəçisi "Fortuna" akademiyasının yetirməsidir. O, yarım mövsümü icarə əsasında "Viktoriya Köln"də keçirib. Ümumilikdə o, peşəkar klub səviyyəsində 176 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest