AFFA rəsmiləri "Qarabağ"ın qonağı olublar.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti paylaşıb.

Assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov klubun bazasını ziyarət ediblər.

"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər.

Emrah Çelikel qonaqlara xatirə hədiyyəsi olaraq "Qarabağ"ın formalarını təqdim edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest