"Barselona"nın hücumçusu Robert Levandovski zədəsini sağaldıb və "Levante"yə qarşı oynaya biləcək.

Matc.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı futbolçu İspaniya La Liqasında ikinci turunun oyununa hazırdır.

Xatırladaq ki, Levandovski avqustun əvvəlində zədələnmişdi.

O, ötən mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 42 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest