"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Vilfred Ndini sıradan çıxıb. Bu barədə "TRT Spor" məlumat yayıb.

Nigeriyalı futbolçu Super Liqada "Başakşeyir" və "Göztepe" ilə matçlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" Vilfred Ndidini öötən ay "Lester Siti"dən transfer edib. 28 yaşlı oyunçu "qara qartallar"ın heyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest