11 Sentyabr 2025, 12:34
FUTBOL
"Qalatasaray" Eyüp Aydını "Samsunspor"a icarəyə verəcək.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Sarı-qırmızılar" 21 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatdıqdan sonra onu 1 illik Samsun təmsilçisinə göndərəcək.
Qeyd edək ki, Eyüp Aydın ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 4 oyunda 1 qol vurub.