UEFA Avropa liqalarının xaricdə oyun keçirməsinə icazə verib-verməməsi ilə bağlı hələlik yekun qərarını verməyib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

UEFA İcraiyyə Komitəsi sentyabrın 11-də İspaniya və İtaliya federasiyalarının daxili liqa oyunlarının öz ölkələrindən kənarda keçirilməsi ilə bağlı müraciətlərini müzakirə etmək üçün toplaşıb.

Bununla belə, heç bir qərar verilməyib, çünki Avropa futbolunun rəhbər orqanı yekun qərar qəbul etməzdən əvvəl bütün maraqlı tərəflərin fikirlərini nəzərə aldığına əmin olmaq istəyir. UEFA rəyi nəzərə alınacaq maraqlı tərəflər arasında azarkeşlərin də olacağını qeyd edib.

Xatırladaq ki, ötən ay İspaniya La Liqası ABŞ-ın Mayami şəhərində "Vilyarreal" – "Barselona" komandaları arasında çempionat matçını keçirmək istəyini açıqlamışdı. Bu arzu İspaniya Kral Futbol Federasiyası tərəfindən bəyənilib. UEFA-nın qərarının olmamasına baxmayaraq, La Liqa Amerika səyahətinə nikbin baxır.

Daha sonra İtaliya A Seriyası da oxşar planlarla gündəmə gəlib, "Milan" və "Komo" matçını Avstraliyanın Pert şəhərinə keçirməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest