"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 29 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Dani Sebalyos bu mövsüm "Real"ın heyətində 7 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest