12 Sentyabr 2025, 11:16
FUTBOL
"Benfika" "Roma"dan yarımmüdafiəçi Federiko Kolettanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliya klubu italiyalı futbolçu üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib. 19 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Federiko Koletta "Roma"nın U-20 komandasında çıxış edirdi.