"Trabzonspor" "Mançester Yunayted"in qapıçısı Andre Onananı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi kamerunlu qolkiperi icarəyə götürüb. 29 yaşlı "əlcək sahibi" 2026-cı ilin 30 iyun tarixinə kimi "Trabzonspor"a məxsus olacaq.

Qeyd edək ki, Andre Onana ötən mövsüm "Mançester Yunayted"in heyətində 51 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest