"Beşiktaş"ın yarımmüdafiəçisi Joao Mario karyerasını Yunanıstan Super Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

AEK portuqaliyalı futbolçunun keçidini həll edib. 32 yaşlı oyunçu Afina təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Beşiktaş" ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 37 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest