12 Sentyabr 2025, 12:18
FUTBOL
I Liqada mübarizə aparan "Difai" növbəti transferini həyata keçirib.
Matc.az xəbər verir ki, Ağsu təmsilçisi Nihad İsmayılovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı müdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nihad İsmayılov son oolaraq "Şamaxı"nın əvəzedici komandasında çıxış edib.