12 Sentyabr 2025, 13:32
FUTBOL
Gilyermo Oçoanın yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, meksikalı qapıçı karyerasını Kiprdə davam etdirəcək.
Oçoa AEL-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gilyermo Oçoanın son klubu Portuqaliyada "AVS Futebol" olub.