"Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.

Portuqaliyada "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 

Komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər. 

Biletlərin qiyməti 88 manatdır. 

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest