"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi seçilib.

matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat paylaşıb.

Səsvermədə mütəxəssis Enzo Mareska ("Çelsi"), Regis Le Bris ("Sanderlend") və Devid Moyes ("Everton") kimi namizədləri qabaqlayıb.

Çempionatın ilk üç matçında "Liverpul" üç qələbə qazanıb - "Nyukasl" (3:2), "Bornmut" (4:2) və "Arsenal" (1:0) üzərində.

Qeyd edək ki, niderlandlı mütəxəssis Ferqyusondan (2011) sonra Premyer Liqanın hazırkı qalibinin avqust ayının ən yaxşı məşqçisi mükafatını alan ilk məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest