14 Oktyabr 2025, 16:42
FUTBOL
Yan Bissek "İnter"dən ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniyalı müdafiəçi əsas heyətdə yerini itirdiyi üçün ayrılıq qərarı verib. Bissek dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi bir kluba keçmək istəyir.
"Ayntraxt" 24 yaşlı mərkəz müdafiəçisinin klubundakı vəziyyətini yaxından izləyir. Frankfurt təmsilçisi yanvar ayında Almaniya millisinin üzvü üçün təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Yan Bissek bu mövsüm "İnter"in heyətində 2 oyunda 157 dəqiqə meydanda olub.