"Real" qapıçısı Tibo Kurtua yaxın vaxtlarda təlim-məşq toplanışı çərçivəsində komandaya qoşulacağını bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Qapıçı dünya çempionatının İspaniya – Belçika 1/4 final mərhələsində zədələnib. Bu səbəbdən o, matçı sona qədər oynaya bilməyib və hesab 1:1 olarkən əvəzlənib. Kurtuasız qalan "qırmızı şeytanlar" ikinci qolu buraxaraq turniri tərk ediblər (1:2).
Kurtua "Mən artıq heç bir narahatlıq hiss etmirəm. Hələ matç zamanı bunun ciddi bir şey olmadığını hiss etmişdim. Yenə də iki-üç həftədən danışırlar, lakin məşqlərə qayıdan kimi mən hazır olacağam. Heç bir ağrı hiss etmirəm" deyə bəyan edib.
Ötən 2025/26 mövsümündə Tibo 45 matçda meydana çıxıb, qapısından 43 qol buraxıb və 17 oyunda qapısını toxunulmaz saxlayıb.













