Basketbol üzrə Azərbaycanın yeniyetmələrdən (U-18) ibarət millisi Xorvatiyada keçirilən B divizionu dünya çempionatında ikinci qələbəsini qazanıb.
Matc.az xəbər verir ki, bu gün Riyeka şəhərində keçirilən oyunda Azərbaycan Portuqaliyanı 52:50 hesabı ilə məğlub edib. Oyunun gedişatında Erhan Toker və Polad Həsənovun yetirmələri hesablarda geri düşüblər. Üçüncü hissədən sonra komandamız 31:37 hesabı ilə uduzurdu, dördüncü hissə də geridə qalırdı, lakin sonda qələbə qazanmağıbacarıb.
Matçdan sonra komandalar arasında dava düşüb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Polşa və İrlandiyaya uduzub, həmçinin Ukraynaya qalib gəlib. Dörd oyundan sonra millimizin 6 xalı var. Liderlər Çexiya və Polşanın da eyni xalı var, lakin onlar bir oyun az keçiriblər. Sabah Azərbaycan Çexiya ilə qarşılaşacaq.
İlk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Digərləri isə 9-cu yerdən 22-ci yerə qədər olan mövqelər uğrunda mübarizəni davam etdirəcəklər.













