"Qalatasaray" klubu "Bayern"in futbolçusu Camal Musialanın icarəyə götürülməsi istiqamətində danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, klublar və oyunçu tərəfi transfer ehtimalını təkzib etsə də, İstanbul təmsilçisi bir aydır 23 yaşlı alman ulduzu heyətinə qatmaq üçün səy göstərir.
Mərakeşli pleymeyker İsmail Saibari "Bayern"ə keçdikdən sonra ehtiyatda qalacağı gözlənilən ulduz futbolçu hazırda 18 milyon avro xalis maaş qazanır. Keçən il sol topuğundan ciddi zədə alan və 6 ay sonra meydana dönən Musiala hələ tam forma yığa bilməyib və uğursuz bir dünya çempionatını geridə qoyub.
Ötən həftə sol ayağından yenidən əməliyyat olunan oyunçunun avqustun sonunda tam hazır vəziyyətə gələcəyi gözlənilir.
"Bayern"in heyətində geridə qalan mövsümdə 24 matçda meydana çıxan Camal Musiala 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda transfer dəyəri 100 milyon avro olan gənc ulduzun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər davam edir.













