"Liverpul" klubu İngiltərə millisinin müdafiəçiləri Con Stounz və Ezri Konsanın transferi variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda azad agent olan Stounz mersisaydlıların düşərgəsinə keçməyin əleyhinə deyil. Futbolçu 2026-cı il dünya çempionatındakı çıxışından sonra bazardakı mövqeyini möhkəmləndirib.

"Liverpul"un baş məşqçisi Andoni İraola hesab edir ki, "Aston Villa"nın müdafiəçisi Konsanın mümkün transferi komandasının taktik imkanlarını genişləndirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında Konsa 8 matçda iştirak edib və 1 qol vurub. Stounz isə 5 oyunda meydana çıxsa da, fərqlənə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest