06 Noyabr 2025, 14:26
FUTBOL
"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini artıracaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
London klubu artıq ingiltərəli vingerlə razılıq əldə edib. Yaxın günlərdə Saka ilə uzunmüddətli müqavilə imzalanacaq. 24 yaşlı futbolçunun illik maaşı 12,5 milyon avro olacaq.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində keçirdiyi 13 oyunda 5 qol vurub.












