"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 11-ci turunda "Liverpul"la qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Matc.az xəbər verir ki, baş məşqçi kimi 1000-ci oyununa çıxacaq mütəxəssis karyerasından danışıb.

"Sədaqət, ehtiras, sevgi - bunda heç kim məni üstələyə bilməz. Biz "Barselona", "Bavariya" və burada inanılmaz uğurlar qazandıq. Bu çətindir və hər şeyə yenidən başlasam, bunu edə bilməyəcəyəm, oyunlar çoxdur. Ümid edirəm ki, bazar günü qələbə qazanmağa davam edə bilərik. Yalançı təvazökarlıq kimi görünə bilər, amma hər 10 oyundan yeddisində qalib gəlirik, bir və ya ikisində heç-heçə edirik", - Qvardiola "The Guardian" qəzetinə açıqlamasında deyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest