08 Noyabr 2025, 12:24
FUTBOL
Fransa millisinin sabiq oyunçusu Leo Dubua karyerasını başa vurduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu bu xəbəri sosial media hesablarında paylaşıb.
Vida paylaşımında müdafiəçi oynadığı bütün klublara - "Lion", "Qalatasaray", "Eyüpspor", "Nant" və "Başakşəhər"ə təşəkkür edib.
Qeyd edək ki, Dubua "Qalatasaray"la 2022/23 mövsümündə Türkiyə çempionluğunu qazanıb. O, həmçinin Fransa millisində 13 oyun keçirib, 2019-cu ildə debüt edib və 2021-ci ildə Millətlər Liqasını qazanıb.












