2026-cı il Finallissimasında Argentina və İspaniya arasında keçiriləcək oyun təxirə salına bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Oyun 28 mart şənbə günü Qətərin Doha şəhərindəki "Lusail" stadionunda keçirilməsi planlaşdırılır. Lakin görüşün başqa tarixdə keçirilməsi ehtimalı var.

Belə ki, İspaniya hələ 2026-cı il dünya çempionatına vəsiqə qazanmayıb və martın sonunda keçiriləcək pley-offa düşə bilər. İspaniya birbaşa vəsiqə qazana bilməsə, Finalissima təxirə salına və ya tamamilə ləğv edilə bilər.

Qeyd edək ki, İspaniya hazırda 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin E qrupunda dörd turdan sonra 12 xalla liderlik edir və qrup mərhələsinin bitməsinə iki tur qalmış Türkiyədən 3 xal öndədir. İspaniya son iki oyununda müvafiq olaraq 15 və 18 noyabrda Gürcüstan və Türkiyə ilə oynayacaq.

Xatırladaq ki, Finalissima milli komandalar üçün yeni yaradılmış turnirdir və Avropa və Cənubi Amerika çempionları arasında tək bir oyundan ibarətdir. Turnirin ilk dəfə 2022-ci ildə keçirilən oyunu Argentinanın İtaliyanı məğlub etməsi ilə başa çatdı.

Daha əvvəl Argentina millisinin lideri Lionel Messi 2026-cı il Dünya Kubokunda oynamağa ümid etdiyini bildirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest