Vircil van Deyk Niderland millisinin kapitan kimi çıxış etdiyi oyunların sayına görə yeni rekordçu olub.
Matc.az xəbər verir ki, bu, "narıncılar"ın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Litvanı 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verib.
Van Deyk üçün bu matç yığmanın kapitanı statusunda 72-ci oyun olub. Bu da əvvəlki rekordçu Frank de Burun göstəricisini (71) bir matç üstələyir.
Niderland millisində kapitan kimi ən çox oyun keçirən futbolçuların Top-10 siyahısı:
72 – Vircil van Deyk
71 – Frank de Bur
45 – Rud Krol
41 – Rud Qullit
37 – Harri Denes
36 – Edvin van der Sar
34 – Yohan Kroyf
33 – Ronald Kuman
33 – Covanni van Bronkhorst
29 – Pük van Hel
Xatırladaq ki, Niderlandiya Litva üzərində 4:0 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə əldə edib.





_1763473785.jpg)






