05 Dekabr 2025, 14:06
FUTBOL
Dortmund “Borussiya”sının hücumçusu Fabiu Silva karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
“Roma” 23 yaşlı futbolçunun icarəyə götürülməsi variantını nəzərdən keçirir. Müqaviləyə məcburi satınalma hüququnun daxil ediləcəyi ehtimal olunur. Portuqaliyalı forvardla razılaşma baş tutacağı halda, paytaxt klubu “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeenin transferindən imtina edəcək.
Silva cari mövsümdə bütün turnirlərdə keçirdiyi 12 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

_1764946718.jpg)










