FİFA ABŞ prezidenti Donald Trampı 2026-cı il dünya çempionatının püşkatma mərasimində çıxış etməyə dəvət edib.
FİFA ABŞ prezidenti Donald Trampı 2026-cı il dünya çempionatının püşkatma mərasimində çıxış etməyə dəvət edib. Tədbirdə Tramp ilk FIFA Sülh Mükafatı ilə təltif ediləcək.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, Trampa həmçinin Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək təxminən iki saatlıq tədbirdə səhnədə çıxış etmək üçün vaxt veriləcək.
Bu gün elan edilən Sülh Mükafatı, dünyada insanları sülh naminə birləşdirməyə kömək edən şəxsləri mükafatlandırmaq üçün nəzərdə tutulub. Mükafat, sülhə nail olmaq və dünyada insanları birləşdirmək üçün müstəsna tədbirlər görən şəxslərə təqdim ediləcək.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının əsas mərhələsi 11 iyun - 19 iyul 2026-cı il tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.












